Azərbaycan respublikasının Vergi məcəlləsi - Xüsusi hissənin izahı

15 ildən artıqdır ki, müstəqillik qazanmış Azərbaycan Respublika-smın sosial-iqtisadi inkişafmda vergilərin rolu şübhəsizdir. Belə ki, döv-lət büdcəsinin gəlirlərinin təmin edilməsində vergi ödənişlərinin xüsusi çəkisi təxminən 70% təşkil edir. Müstəqilliyn ilk illərində vergi qanun-vericiliyi ayrı-ayrı normativ-hüquqi aktlar formasmda hazırlanmışdı. Bu sahədə aparılan məqsədyönlü işlər nəticəsində vergi qanunvericiliyi sistemləşdirilmiş və 1 yanvar 2001-ci ildən Azərbaycan Respublikası-nın Vergi Məcəlləsi qüvvəyə minmişdir.
Vergi Məcəlləsinin Ümumi hissəsi vergi sistemini, vergitutmanın ümumi əsaslarmı, vergi ödəyicilərinin və dövlət vergi orqanlarmm ver-gitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin for-ma və metodlarmı, vergi qanunvericiliyinin pozulmasma görə məsuliy-yəti və digər bu kimi məsələləri tənzimləyir.
Vergi Məcəlləsinin Xüsusi hissəsi isə hal-hazırda tətbiq olu-nan 9 vergi növü üzrə vergi ödəyicilərini, vergitutma obyektini, vergi dərəcələrini, vergilərin hesablanması və ödənilməsi qaydalarını, vergi-dən azadolmaları və güzəştləri müəyyən edir.