Məsləhətlər

Bir anlıq təsəvvür edin ki, işinizdə hər hansı problemlə qarşılaşmısınız. Çox düşünürsünüz, lakin problemi aradan qaldırmağın həlli yolunu tapa bilmirsiniz. Bu zaman nə edərsiniz? Əlbətdə ki, yaxın və bu sahədə bilikli dostunuza müraciət edərsiniz. “Biznes Audit” şirkəti Sizin müraciət edəcəyiniz dostdur. O, sizə probleminizin olduğu hər sahədə ən yaxın bir dost kimi yardım edəcək. Bunun üçün sadəcə şirkətimizə müraciət etmək kifayətdir. Probleminizin yüksək peşəkarlıqla həllinin şahidi olacaqsız. Biz iqtisadiyyatın və hüququn bir çox müxtəlif sahələrində (daxili sənədlərin yazılması, müəyyən strateji planın hazırlanması, şirkətdaxili layihələrin hazırlanması, rəhbərlik və işçi münasibətləri və s.) müştərilərimizə məsləhətlərlə köməklik göstəririk. Şirkətimizin bu sahədə əvəzedilməz partnyor olduğunu müştərilərimizin verdiyi müsbət qiymətə əsaslanaraq bilirik.

 
Qiymətləndirmə xidmətləri

"Biznes-Audit" Şirkəti bütün sahələrdə qiymətləndirmə xidmətlərini həyata keçirir. Qiymətləndirmə – əmlakın bazarın konkret şəraitində zamanın müəyyən hissəsinə olan qiymətin müəyyənləşdirilməsidir. Şirkətimiz qiymətləndirməni tam peşəkarlıqla, beynəlxalq və yerli normalara uyğun şəkildə yerinə yetirir. Biz istər daşınmaz əmlakın, istər qeyri – maddi aktivlərin, istərsə də şirkətlərin biznes qiymətləndirməsini uğurla həyata keçiririk. Bizim fəaliyyətimiz əsas etibarı ilə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq hüquqi və fiziкi şəхslərin sifаrişlərinə əsаsən peşəкаr qiymətləndiricilərin bilаvаsitə iştirакı ilə müхtəlif əmlак növlərinin qiymətləndirilməsinə müvafiqdir. Peşəkar kadrlarımız tərəfindən müştərilərin hər hansı qiymətləndirmə sifarişi qərəzsiz və şəffaflıqla həyata keçirilir.

 
Audit xidmətləri

Audit hər bir şirkətin uğurlu fəaliyyətində ən önəmli faktorlardan biridir. Biz işimizdə dürüstlüyə və dəqiqliyə çox önəm veririk. Çox yaxşı bilirik ki yoxlamanın şəffaflığı yerli və beynəlxalq iqtisadiyyatda böyük önəm daşıyır. Hər bir işdə olduğu kimi burada da diqqət çox önəmlidir. Uğurlu işimiz yerli və beynəlxalq qanunvericilik və nizamnamələr haqqında olan bilik və təcrübəmizin məhsuludur. İşçi heyətimiz möhkəm məsuliyyət ətrafında birləşib şəffaflıq prinsipini rəhbər tutaraq bu işin öhdəsindən müvəffəqiyyətlə gəlir. O cümlədən, biz yüksək beynəlxalq hədəfləri olan şirkətlərin biznesinin inkişafında yardım göstəririk. Onlara müəyyən risklərin qarşısının alınmasında, gündəlik şirkətdaxili audit yoxlanışlarında köməkllik edirik.

 
Mühasibat xidmətləri

Şirkətin fəaliyyətində çox mühüm sahələrdən biri də mühasibat sahəsidir. Onsuz hər hansı bir şirkətin fəaliyyətini təsəvvür etmək çətindir. Mühasibat xidmətləri mühasibat uçotunun xidmətlər kompleksidir. Bura beynəlxalq mühasibat uçotunun qurulması, maliyyə hesabatlarının hazırlanması, mühasibat proqramlarının qurulması,vergi, DSMF və statistika hesabatlarının hazırlanması və təqdimatı və s. digər mühasibat xidmətləri daxildir. Həmçinin biz yerli və beynəlxalıq nizamnamələrə əsaslanaraq vergi sahəsində yaranan hər hansı işlərin və problemlərin həllində də iştirak edirik. Bura vergi yoxlamaları ilə bağlı təşkilatın maraqlarının müdafiəsi, vergi mübahisələrinin məhkəmədə həlli kimi işlər daxildir. Bizim bu sahə üzrə yüksək səviyyədə ixtisaslaşmış kadrlarımız sizə hər mövzuda kömək edəcəklər.