Əlaqə

Ünvan: Azərbaycan, Bakı AZ 1000,

Zərifə Əliyevə küçəsi, 55

Telefon: (+994 12) 598 99 00


 
Komandamız

İşçilər arasında olan qarşılıqlı ünsiyyət hər bir şirkətdə çox vacib amildir. Komandada hər kəs bir olmalı, eyni məqsədə xidmət etməli və bir-birini anlamalıdır. Komandanı formalaşdırarkən fərdin intellekti ilə yanaşı onun psixologiyası da gördüyü işə uyğun olmalıdır. Şirkətin işçilərini seçərkən buna xüsusi diqqətlə yanaşırıq, çünki komandada olan ən kiçik narazılıq və ya məsuliyyətsizlik hər hansı işin uğursuzluğu ilə nəticələnə bilər. Onun üçün bu yolverilməzdir. Buna görə  işə qəbul edərkən işçinin psixologiyası, intellekti öndə gedən xüsusiyyətlərdən hesab edilir. Uzun illərin təcrübəsindən sonra biz əminliklə deyilə bilər: “Bəli, bizim əla işçi ailəmiz var”. Şirkətdə hamı bir ailə kimi işləyir. Komandamızın üzvləri arasında sağlam rəqabət var ki, bu da görülən işlərin müvəffəqiyyətli olmasının kiçik sirrlərindəndir.

 
Siyasətimiz

Bizim məqsədimiz iqtisadiyyat sistemində uğurlu fəaliyyət göstərməkdir. Hər hansı bir işi görərkən yüksək peşəkarlıq, məsuliyyət, komandada işləmə bacarığı və diqqət vacib şərtlərdir. Biz artıq buna nail olmuşuq. Komandamızın hər bir üzvü tapşırılan işi böyük məsuliyyətlə həyata keçirir. Biz intellektimizə, birgə işləmə bacarığımıza və məqsədimizə güvənərək müştərilərimizə yüksək xidmət təklif edirik. Xüsusi hazırlıqlı məsləhətçilərimiz müştərilərimizin işində yaranmış hər hansı çətinliklərdə yardımçı olur, hər bir problemi təmkinlə və yüksək təcrübələri sayəsində tez bir zamanda həll etmə qabiliyyətinə sahibdirlər. Biz işimizi müştərilərin gözü ilə qiymətləndirməyi bacarırıq. Məhz bunun sayəsində "Biznes Audit" MMC şirkəti böyük nailiyyətlər əldə edib. Məqsədimiz Azərbaycan Respublikasının iqtisadiyyat sistemində ən güclü və ən bacarıqlı şirkət olmaqdır. Uzun illər ərzində yığılan təcrübə və nailiyyətlər bu məqsədə nə qədər yaxın olduğumuzun bariz sübutudur.

 
Tariximiz

"Biznes-Audit" MMC Şirkət yaradılarkən çox böyük məsuliyyət olduğunu anlayırdıq. Biz müştərilərimiz üçün çalışmalı idik, оnların hədəflərə uğurla çatmaqlarına köməkçi olmalı idik. Bunun üçün ilk növbədə şirkətimizə işinə məsuliyyətlə yanaşan, intellektual və bacarıqlı kadrlara ehtiyac olduğunu bilirdik. Bu məqsədlə şirkətimizdə hər bir sahə üzrə ayrı–ayrılıqda yüksək ixtisaslaşmış kadrların fəaliyyətini həyata keçirdik. Onlar, yerli və beynəlxalq iqtisadiyyat sisteminə uyğun olaraq tam məsuliyyətli iş həyata keçirirlər. Şirkətimiz tərəfindən hər bir fəaliyyət sahəsinə müvafiq olaraq layihələr hazırlanmış, xidmətlərimizdən yararlanan hər bir müştəriyə müvəffəqiyyətli xidmətin göstərilməsinə zəmanət verilir. Yarandığı gündən fəaliyyət müddəti ərzində biz bir daha əmin olduq ki, şirkəti yaradarkən qarşımıza qoyduğumuz məqsədlərə müvəffəqiyyətlə nail olmuşuq.