Şirkətin fəaliyyətində çox mühüm sahələrdən biri də mühasibat sahəsidir. Onsuz hər hansı bir şirkətin fəaliyyətini təsəvvür etmək çətindir. Mühasibat xidmətləri mühasibat uçotunun xidmətlər kompleksidir. Bura beynəlxalq mühasibat uçotunun qurulması, maliyyə hesabatlarının hazırlanması, mühasibat proqramlarının qurulması,vergi, DSMF və statistika hesabatlarının hazırlanması və təqdimatı və s. digər mühasibat xidmətləri daxildir. Həmçinin biz yerli və beynəlxalıq nizamnamələrə əsaslanaraq vergi sahəsində yaranan hər hansı işlərin və problemlərin həllində də iştirak edirik. Bura vergi yoxlamaları ilə bağlı təşkilatın maraqlarının müdafiəsi, vergi mübahisələrinin məhkəmədə həlli kimi işlər daxildir. Bizim bu sahə üzrə yüksək səviyyədə ixtisaslaşmış kadrlarımız sizə hər mövzuda kömək edəcəklər.
|