Azərbaycan respublikasının Vergi məcəlləsi - Xüsusi hissənin izahı

15 ildən artıqdır ki, müstəqillik qazanmış Azərbaycan Respublika-smın sosial-iqtisadi inkişafmda vergilərin rolu şübhəsizdir. Belə ki, döv-lət büdcəsinin gəlirlərinin təmin edilməsində vergi ödənişlərinin xüsusi çəkisi təxminən 70% təşkil edir. Müstəqilliyn ilk illərində vergi qanun-vericiliyi ayrı-ayrı normativ-hüquqi aktlar formasmda hazırlanmışdı. Bu sahədə aparılan məqsədyönlü işlər nəticəsində vergi qanunvericiliyi sistemləşdirilmiş və 1 yanvar 2001-ci ildən Azərbaycan Respublikası-nın Vergi Məcəlləsi qüvvəyə minmişdir.
Vergi Məcəlləsinin Ümumi hissəsi vergi sistemini, vergitutmanın ümumi əsaslarmı, vergi ödəyicilərinin və dövlət vergi orqanlarmm ver-gitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin for-ma və metodlarmı, vergi qanunvericiliyinin pozulmasma görə məsuliy-yəti və digər bu kimi məsələləri tənzimləyir.
Vergi Məcəlləsinin Xüsusi hissəsi isə hal-hazırda tətbiq olu-nan 9 vergi növü üzrə vergi ödəyicilərini, vergitutma obyektini, vergi dərəcələrini, vergilərin hesablanması və ödənilməsi qaydalarını, vergi-dən azadolmaları və güzəştləri müəyyən edir.



Artıq 8 ildir ki, qüvvədə olan Vergi Məcəlləsinin həm Umumi, həm də Xüsusi hissələrinə hər il onlarla əlavə və dəyişikliklərin edil-məsi Azərbaycan Respublikasında vergi qanunvericiliyinin ilbəil daim təkmilləşdirilməsinin bariz nümunəsidir. Vergi Məcəlləsinin təkmilləş-dirilməsi eyni zamanda qanunvericiliyin maddələrinin təhlil olunması və izah edilməsini labüd edir. Belə ki, dövlətin inkişafında vergi sisteminin təkmil mexanizminin olması ilə yanaşı vergi ödəyicilərinin də qanunve-riciliyi yaxşı bilmələri, vergiləri vaxtında və düzgün hesablamaları mühüm amildir. Bu baxımdan vergi ödəyiciləri, mühasiblər, maliyyəçilər və vergi işi ilə maraqlanan mütəxəssislər vergi qanunvericiliyinin istər nəzəri, istərsə də praktiki təhlili ilə bağlı ədəbiyyatlara xüsusi ehti-yac duyurlar. Bu sahədə nəşrlərin az olması və Vergi Məcəlləsinə hər il əlavə və dəyişikliklərin edilməsi izahat xarakterli çap məhsullarma təlabatı daha da aktual edir.
Bunları nəzərə alsaq, müəllif N. Şirinov tərəfindən Vergi Məcəllə-sinin Xüsusi hissəsinin maddələrinin izahı ilə bağlı hazırlanan bu kitab (1 yanvar 2008-ci il tarixədək edilmiş əlavə və dəyişikliklər nəzərə alm-maqla) təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Maddələrin izahmı kifayət qədər misallarla verməklə müəllif kitabm daha oxunaqlı və ay-dın başa düşülən olmasma çalışmışdır.
Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin Xüsusi hissəsini Ümu-mi hissə ilə tanış olmadan anlamaq mümkün deyildir. Oxucuların diq-qətinə təqdim olunan kitabda da müəllif Xüsusi hissənin maddələrinin izahını verərkən Ümumi hissənin bir sıra maddələrinə istinad etmişdir. Məhz bu prizmadan yanaşmaqla, yəni Ümumi hissəni əldə rəhbər tut-maqla, Xüsusi hissənin öyrənilməsi vergi qanunvericiliyinin daha də-rindən başa düşülməsinə imkan verir.


A. Musayev
«Azərbaycan Universitetbmin rektoru,
AMEA-nın müxbir üzvü,
iqtisad elmləri doktoru, professor

 

Müəllifdən

1 yanvar 2001-ci il tarixindən qüwəyə minmiş Azərbaycan Res-publikasmın Vergi Məcəlləsinin Xüsusi hissəsi vergi ödəyicilərini, ver-gitutma obyektini, vergi dərəcələrini, vergilərin hesablanması və ödənil-məsi qaydalarını, vergidən azadolmaları və güzəştləri müəyyən edir.
Vergi Məcəlləsinə hər il əlavə və dəyişikliklərin edilməsi, ver-gitutma məsələlərində bir sıra hallarda qeyri-standart halların ortaya çıxması, bu sahədə izahat xarakterli nəşrlərin azlığı, eyni zamanda, vergi qanunvericiliyinə mütəxəssislər, vergi ödəyiciləri, mühasib və maliyyəçilərlə yanaşı müəssisə rəhbərlərinin, tələbələrin, sadəcə sıravi vətəndaşlarm geniş marağı bu sahədə izahat xarakterli kitabların yazıl-masmı aktual edir.
Vergi Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin izahı ilə bağ-lı yazılmış bu kitab (1 yanvar 2008-ci il tarixədək edilmiş əlavə və dəyişikliklər nəzərə almmaqla) oxucuların ixtiyarına verilərkən, yuxa-rıda qeyd olunan prioritet amillər nəzərə almmışdır. Təbii, bir kitab həc-mində bütün məsələləri əhatə və izah etmək mümkünsüz olduğundan praktikada daha çox rast gəlinən hallarm şərhi verilmişdir. Maddələrin izahı zamanı gətirilən misallarm sayının 250-ni keçməsi isə kitabın da-ha oxunaqlı və aydın başa düşülən olmasına kömək edəcəkdir..
Vergi Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin izahı ilə bağlı yaranan problemli məsələlərin aydınlaşdırılmasmda göstərdikləri kö-məyə və dəyərli məsləhətlərə görə Vergilər Nazirliyinin Vergi siyasəti

Fiziki şəxslərin gəlir vergisi

və strateji araşdırmalar baş idarəsinin, Vergi ödəyicilərinə xidmət ida-rəsinin rəhbərliyi və kollektivinə, «Azərbaycan Universiteti»nin rekto-ru, professor Akif Musayevə, «AtaHoldinq» ASC-nin Maliyyə depar-tamentinin kollektivinə dərin minnətdarlığımı bildirirəm.
Həmçinin, kitabm işıq üzü görməsində maliyyə dəstəyinə görə hal-hazırda çalışdığım «AtaHoldinq» ASC-nin və «AtaBank» ASC-nin Müşahidə Şurasına və İdarə Heyətinə təşəkkür edirəm. Oxucular qarşı-smda bunu da vurğulamağı özümə borc bilirəm ki, «AtaHoldinq» ASC sürətlə inkişaf edən ölkəmizin qabaqcıl şirkətlərindən biri olmaqla, özəl sektorun müxtəlif sahələrində investisiya qoyuluşu, intellektual sərvət-lərin idarə olunması ilə yanaşı, təhsil, idman, mədəniyyət və elm sahə-sində də öz maliyyə dəstəyini əsirgəmir.
Araşdırılan sahənin geniş spektr və mürəkkəbliyi, xüsusən, müəl-lifin ilk işi olduğu nəzərə almsa, kitabda müəyyən nöqsan və çatışmaz-lıqlarm olması istisna deyil. Bunlarm kitabm yeni nəşrlərində aradan qaldırılması üçün öz arzu, irad və təkliflərini mənimlə bölüşəcək oxu-culara öncədən təşəkkürümü bildirirəm.

N.T.Şirinov
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. .
«AtaHoldinq» ASC-nin Daxili Audit şöbəsinin rəisi, «AtaBank» ASC-nin Audit Komitəsinin sədri